Gəncədə universitetlərin birində təmir işləri gedir. Bu haqda Gencexeber.az-a 27 may tarixində məlumat daxil olub.
Söhbət Gəncə Dövlət Universitetindən gedir. Təhsil ocağının Cavad bəy Rəfibəyli küçəsində olan 5-ci korpusu təmir edilir.
Sakinlərin sözlərinə görə, ikimərtəbəli binanın fasadında, həm də daxilində təmir işləri gedir.
İlkin məlumata görə, təmirdən sonra “Riyaziyyat” kafedrası həmin binaya köçürüləcək.