Gəncədə auditoriyaya şəhidin adı verilib. Bu haqda 24 dekabr tarixində Gəncə Dövlət Universitetinə istinadən məlumat veririk.
Gəncə Dövlət Universitetində Vətən müharibəsi şəhidi Mədəd Qənbərovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə auditoriyanın açılışı olub. Şəhidin valideynləri, Filologiya fakültəsinin dekanı Zakir Ələsgərov, şəhidin tələbə yoldaşları və digər natiqlər Mədəd Qənbərovun döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan ətraflı söhbət açıblar.
Tədbirin sonunda şəhidin valideynləri övladlarının xatirəsinə göstərilən ehtirama görə universitetin rəhbərliyinə və iştirakçılara minnətdarlıqlarını bildiriblər.