Gəncədə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Gencexeber.az məlumat verir ki, hadisə şəhərin H.Əliyev prospektində baş verib.
İlkin məlumata görə, Rəhman Omarovun idarə etdiyi "Opel" markalı avtomobil "Mitsubishi Pajero" markalı avtomobilə, daha sonra isə dəmir hasara çırpılıb.
Qəza yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbi araşdırılır.