Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az məlumat verir ki, şəhər ərazisində "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1969-cu il təvəllüdlü Nizami Sabir oğlu Quliyevi vurub.
Piyada xəstəxanalardan birinə yerləşdirilib. Yaralının vəziyyəti orta-ağıdır.