Gəncədə yanğın hadisəsi baş verib.
Gencexeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən (FHN) məlumat verir ki, Gəncə şəhərində “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.
Hadisə yerinə qurumun canlı qüvvəsi və texnikası cəlb edilib. Əməkdaşlar alovu söndürüblər. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.