Gəncədə konsert baş tutacaq. Bu haqda 1 fevral tarixində Report-a istinadən məlumat veririk.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2 fevral - Gənclər Gününə həsr olunmuş IX “Gəncliyin səsi” festivalı keçiriləcək. Festival çərçivəsində 6 fevral tarixində saat 16:00-da “Gənclərə dəstək” layihəsinin iştirakçıları konsert verəcəklər. Tədbir Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.
Festivalın məqsədi gənclərin yaradıcı sahəyə olan marağının artırılması, onların istedadının üzə çıxarılmasıdır.