"Bizimlə öyrən" adlı silsilə təlim və görüşlər Gəncə şəhərində davam edir. Bu haqda 31 may tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
"BookZone" Gəncə Kitab Evinin icraçı direktoru Mahir Hüseynov tərəfindən tədbir keçirilib. Direktor "Mədəniyyətə Könül Ver!" layihəsi çərçivəsində olan görüşdə "SƏN DƏ OXU!" deyərək gəncləri mütaliə etməyə çağırıb.
Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.