Gəncədə gənclər üçün yeni layihə start götürəcək. Bu haqda 6 yanvar tarixində Azərbaycan Dövlət Aqrar Universitetinə istinadən məlumat veririk.
ADAU-nun Tələbə Gənclər Təşkilatının və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının "Dayanıqlı İnkişaf Məqsədləri"ni özündə cəmləyən layihə hazırlanır. Yaxın zamanda proyekt gəncləri dəyirmi masa arxasında bir araya toplayacaq.
Burada fərqli periodlarda müxtəlif mövzular işlənəcək. Layihə bir il müddətində davam edəcək.