Gəncədə gənclər üçün təlimlər keçirilib. Bu haqda 28 fevral tarixində Gənclər Evinə istinadən məlumat veririk.
Təlimlər Gənclər Evinin təşkilatçılığı ilə baş tutub. Burada "Münasibətlərin idarə edilməsi" və "İnamlı ünsiyyət" mövzusunda 2 təlim təşkil olunub. Seminarları Hüseynxan Hacızadə aparıb. Sessiyalarda müxtəlif oyunlar, enercayzerlər və maraqlı müzakirələr olur.
Qeyd edək ki, gənclərin şəxsi inkişafına yönəlmiş bu davamlı layihə Gənclər və İdman Nazirliyi və UNİCEF-in birgə tərəfdaşlığı, Gənclər Evinin təşkilatçılığı ilə həyata keçirilir.