Gəncədə tədbir baş tutub. Bu haqda Gencexeber.az-a 1 iyun tarixində məlumat daxil olub.
Şəhərimizin balaca sakinləri üçün “Gəncə Mall”da şənlik keçirilib. Burada kloun, robot və müxtəlif personajların çıxışları olub. Həmçinin köpük şou və musiqi nömrələri təşkil edilib.
Qeyd edək ki, proqram 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.