Gəncənin mərkəzində işıqforlar işləmir. Bu haqda Gencexeber.az-a fevralın 10-u məlumat daxil olub.
Sözügedən hal Ruzigar Qasımov küçəsi ilə Atatürk prospektinin kəsişməsində qeydə alınıb. Bu hal dünən axşam saatlarından müşahidə edilir.
Sakinlərin sözlərinə görə, Ruzigar Qasımov küçəsində transformator yanıb. Bu səbəbdən sözügedən ərazidə işıq təchizatı yoxdur.