Gəncədə hərəkətin sıx olan mərkəzi küçələrində işıqforlar işləmir. Bu haqda 6 dekabr tarixində məlumat daxil olub.
Sözügedən hal Atatürk və Nizami prospektlərin kəsişməsində müşahidə edilir. İşıqforların fəaliyyəti bu gün səhər saatlarından etibarən dayanıb.
Sakinlərin sözlərinə görə, bu ərazidə həmişə sıxlıqlıq olur. Gün başlayandan işıqforların funksiyalarını yerinə yetirməməsi qəzaların yaranmasına yol açır. Piyadaların yolu keçmək istəyəndə problemlər yaşanır.
[caption id="attachment_6147" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]