Gəncədə təmizlik işləri aparılır. Bu haqda Gencexeber.az 3 yanvar tarixində Gəncə MKTİB-yə istinadən məlumat verir.
Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və texnikaları bayram günləri ərzində şəhərin küçə və prospektlərində, yaşayış massivlərində, park və xiyabanlarda təmizlik işləri aparır. Şəhər ərazisi məişət tullantılarından və alaq otlarından təmizlənir, yaşıllıqların vaxtı-vaxtında suvarılması təmin edilir və aqrotexniki tədbirlər görülür.
Bu kimi təmizlik aksiyaları, istirahət günləri olmasına baxmayaraq, davam etdiriləcəkdir.
[caption id="attachment_30451" align="alignnone" width="300"]
Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin mətbuat xidməti[/caption]