Şəhid Turxan Məmmədovun dəfnindən bir il ötür. Bu haqda 8 dekabr tarixində məlumat daxil olub.
Ehsan Yeni Gəncə qəsəbəsində yerləşən "Şükran" mərasim zalında verilib. Saat 13:00-da Gəncə Şəhidlər xiyabanında Turxanın xatirəsi anılıb. Tədbirdə şəhidin yaxınları ilə yanaşı, döyüş yoldaşları, qazilər və məktəblilər iştirak ediblər. Məzarın önünə güllər düzülüb və dualar oxunub.
Turxan Rizvan oğlu Məmmədov 9 avqust 1998-ci ildə Gəncədə dünyaya gəlib. 2017-ci ildə 18 nömrəli tam orta məktəbi bitirən Turxan hərbi xidmətə yollanmışdır. O, 27 sentyabr 2020-ci il tarixində başlayan döyüşlərə qatılmışdır. İki gündən sonra Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Onun uzun müddətdən sonra tapılan nəşi 8 dekabrda Şəhidlər xiyabanında torpağa tapşırılmıdır.
Turxan Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.