Respublika üzrə "Ayın klub sədrləri" seçkisi keçirilib. Bu haqda 5 dekabr tarixində Azərbaycan İdman könüllüləri məlumat paylaşıb.
İctimai Birlikdə keçirilən seçkidə Gəncə Dövlət Universitetinin klub sədri Sahil Əliyev qalib olub. O, 90 bal toplayaraq "Ayın klub sədri" seçilib.
Qeyd edək ki, 5 dekabr dünyada Beynəlxalq Könüllülər günü kimi qeyd olunur.