Gəncəli cüdoçu Bosniya və Herseqovinada keçirilən yarışa qatılır. Bu haqda Azertag.az-a istinadən məlumat veririk.
Cüdoçu Turan Bayramov 60 kiloqram çəki dərəcəsində çıxış edəcək. Fevralın 13-dək davam edəcək turnirdə Azərbaycanı 17 cüdoçu təmsil edəcək.
Qeyd edək ki, Bayramov 2002-ci ildə Gəncə şəhərində anadan olub. O, Gəncə şəhəri Uşaq-Gənclər İdman-Şahmat məktəbinin yetirməsidir.