“Gəncə-Ekspress”in səhmdarları toplanacaqlar. Bu haqda 13 may tarixində Fed.az-a istinadən xəbər veririk.
“Gəncə-Ekspress” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. İclasın 28 iyun tarixində saat 12.00-da təşkil edilməsi nəzərdə tutulur.
Yığıncaqda qurumun keçən il üçün maliyyə - təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi və təsdiqi, həmçinin digər məsələlər barədə danışılacaq. Burada səhmdarların iştirakı vacibdir.
Tədbir Gəncə şəhəri, Ələkbər bəy Rəfibəyli küçəsi, 14 ünvanında baş tutacaq.