Gəncədə qanvermə aksiyası keçiriləcək. Bu haqda ASAN Könüllülərinin rəsmi Instagram səhifəsində məlumat paylaşılıb.
Tədbir 4 noyabr tarixində ASAN xidmət mərkəzində keçiriləcək. Aksiya "Zəfər Günü"-nə həsr olunub.
Aksiya 6 saylı Bakı ASAN xidmət mərkəzi könüllüərinin təşəbbüsü və Mərkəzi Qan Bankının dəstəyi ilə təşkil olunacaq.
Qeyd edək ki, oxşar aksiyalar respublikanın səkkiz şəhər və rayonunda baş tutacaq.