Gəncədə 36 yaşlı xanımı maşın vurub. Bu haqda 13 dekabrda Report.az-a istinadən xəbər veririk.
Hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib. Yolu qarşı tərəfə keçmək istəyən A.Babayevanı avtomobil vurub. Qadın xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.