Gəncənin Gülüstan qəsəbəsində iki Rusiya istehsalı avtomobilləri toqquşublar. Bu haqda 1 dekabr tarixində Apa.az-a istinadən məlumat veririk.
Hərəkətdə olan "Niva" və "VAZ 2106" markalı minik maşınları qəza törədiblər. Qəza nəticəsində 36 yaşlı Amid Qasımov və 50 yaşlı Elşad Həsənov xəsarət alaraq xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.