Gəncədə 3 günlük ödənişsiz təlimlər keçiriləcək. Bu haqda Gəncə Gənclər Evi məlumat paylaşıb.
"Psixoloji xəstəliklər və sindromlar" mövzusunda baş tutacaq təlimlər Psixologiya kursunun rəhbəri Günel Hüseynli tərəfindən keçiriləcək. Seminarlar 7, 8 və 9 dekabr tarixlərində iki növbə olaraq təşkil olunacaq. Səhər 11:00-da günorta isə saat 14:00-da olacaq təlimlər Gəncə Gənclər Evində baş tutacaq.
İştirakçılara sonda sertifikatlar təqdim olunacaq. Qatılmaq istəyənlər (055) 637 48 21 nömrəsi ilə əlaqə saxlaya bilər.