Gəncədə musiqi və əyləncə saatı keçiriləcək. Bu haqda tədbirin təşkilatçısı olan Gəncə Maarif Evi İctimai Birliyinin Facebook səhifəsində məlumat dərc edilib.
Proqram fevralın 10-u saat 16:00-da Leyli Şükürovanın moderatorluğu altında təşkil ediləcək. Tədbirin ifaçısı müğənni Sadiq olacaq.
Sözügedən təşkilat Mərkəzi kitabxananın yanında, keçmiş "Oksi Baby" mağazasının 3-cü mərtəbəsində yerləşir. Qeyd edək ki, giriş arxa tərəfdəndir. Maraqlanan şəxslər (055) 388 97 77, (022) 256 03 33 nömrələri ilə əlaqə saxlaya bilərlər.