Gəncədə minik avtomobili aşıb. Bu haqda Apa.az-a istinadən dekabrın 9-u məlumat veririk.
Hadisə şəhərin qərb çıxışında qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmənin itirərək aşıb. Bu zaman avtomobil yolun kənarındakı lövhəyə çırpılıb.
Qəza zamanı avtomobildə iki nəfərin olduğu bildirilir. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.