Metalişləmə sənətini yaşadan daha bir Gəncəli usta Mübariz Əkbərovdur. Bu haqda 7 dekabr tarixində Azərbaycan Televiziyasına istinadən məlumat veririk.
Əməkdar rəssam Mübariz Əkbərov 35 ildən artıqdır ki, bədii metalişləmə sənəti ilə məşğuldur. O, indiyədək yüzlərlə növ silah, qədim bəzək və digər əşyaları hazırlayıb. Çətinlik ondan ibarətdir ki, ustanın emalatxanası yaşadığı evin eyvanında yerləşir. Sənətkar şəraitsizlik səbəbindən şagird yetişdirə bilmədiyindən gileylənir.
Mübariz ustanın əlindən çıxan metalişləmələr dəfələrlə Beynəlxalq sərgilərdə nümayiş olunub. Bir çox dövlət başçılarına hədiyyə də verilib. Əsərlərinin qiyməti qızıl, gümüş, latun, polad işləmələrindən asılı olaraq 150 manatdan 20 min manata qədər dəyişir.
Bədii metalişləmə ustasının zəngin kolleksiyası da var. Burda ayrı-ayrı xalqlara məxsus silahlara rast gəlmək mümkündür.
Daha öncə, bədii metalişləmə sənətini yaşadan professor Şaiq Məmmədov haqda məlumat vermişdik.