Gencexeber.az-a şəhərin Faiq Bayramov küçəsinin halını əks etdirən fotomaterial təqdim olunub.
Əldə etdiyimiz məlumata əsasən, bir ay öncə küçədə qazıntı işləri aparılıb. Daha sonra yolun düzəlməsi üçün heç bir tədbir görülməyib.
Sakinlərin sözlərinə görə, yağışlı havada küçə enliliyində gölməçələr yaranır. Yolun asfalt örtüyünün olmaması səbəbindən avtomobillərin hərəkəti məhdudlaşır.
Xatırladaq ki, Gülüstan qəsəbəsində yerləşən küçə haqda məlumat vermişdik.