Gəncənin mərkəzində baş verən qəza nəticəsində mübahisə yaranıb. Bu haqda Gencexeber.az-a 14 dekabr tarixində məlumat daxil olub.
Hadisə Heydər Əliyev prospektində, Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında qeydə alınıb. Hərkətdə olan "Land Rover" markalı maşın "Vaz-2107"-yə çırpılıb. Xəsarət alan olmayıb.
Şahidlərin sözlərinə görə, xanım və kişi sürücülər qəzadan sonra mübahisə ediblər. Buna səbəb heç birinin məsuliyyəti öz üzərinə götürməməsi olub.
Hadisə yerinə polis əməkdaşları cəlb olub. Faktla bağlı araşdırmalar aparılıb.