Yeni Gəncə qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda Gencexeber.az-a 19 dekabr tarixində məlumat daxil olub.
Hadisə ötən gün, günorta radələrində 28 May küçəsində baş verib. İşıqforda qara və göy rəngli “Mercedes” markalı avtomobillər toqquşub. Qəza zamanı xəsarət alan olmayıb. Əraziyə polis və sığorta əməkdaşları cəlb olunub.
Şahidlərin sözlərinə görə, günah qara rəngli maşının sürücüsündə olub.
[caption id="attachment_29667" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]