Gəncənin Heydər Əliyev prospekti və Şeyx Bahəddin küçəsinin kəsişməsində işıqforlar işləmir. Bu haqda 8 dekabr tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin mərkəzində, Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında müşahidə edilir. İşıqforlar bu gün səhər saat 10:00-dan etibarən fəaliyyətlərini dayandırıblar.
Sakinlərin sözlərinə görə, bu ərazidə günün sonunadək sıxlıqlıqdır. İşıqforların işləməməsi qəzaların yaranmasına yol açır.
Daha öncə, şəhərin mərkəzində işıqforlarla yaşanan çətinlik haqda məlumat vermişdik.