Gəncədə Heydər Əliyevin anım günü münasibəti ilə növbəti tədbir keçirilib. Bu haqda 8 dekabr tarixində Gəncə Heydər Əliyev mərkəzi və park-kompleksi məlumat paylaşıb.
"Heydər Əliyev dühasının şah əsəri – Azərbaycan" mövzusunda təşkil olunan tədbirdə Gəncə şəhər 29 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. Mərkəzin elmi işçisi Gülər Ellazova və bələdçisi Sevinc Bədəlova onları Xatirə Muzeyi ilə tanış edib. Tədbirdə Ulu Öndərin həyatı və fəaliyyəti haqda geniş məlumat verilib.
Daha sonra şagirdlər kompozisiya ilə çıxış ediblər. Tədbir çərçivəsində Heydər Əliyev haqda sənədli film nümayiş olunub.