Gəncədə "Erkən nikahların qarşısının alınması" mövzusunda şagirdlərlə görüş keçirilib. Bu haqda təhsil ocağının Facebook səhifəsində məlumat dərc edilib.
Tədbir İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə keçirilib. Görüşdə məişət zorakılığı, erkən nikahların yaranma səbəbləri, onların qarşısının alınması yolları barədə məlumat verilib.