Gəncədə hərbçilər üçün seminar baş tutub. Bu haqda dekabrın 10-u Report.az-a istinadən məlumat veririk.
Tədbir Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi ilə birgə 2021-ci ilin fəaliyyət planı çərçivəsində təşkil olunub. Seminar beynəlxalq humanitar hüquq mövzusunda keçirilib.
Hərbi qulluqçulara beynəlxalq humanitar hüququn əsasları, norma və prinsipləri barədə ətraflı məlumat verilib.
İştirakçıları maraqlandıran suallar cavablandırılıb.