Gəncədə Azəriqaz İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası təşkil olunacaq. Bu haqda qurumun rəsmi Facebook səhifəsində məlumat paylaşılıb.
Tədbir Gülüstan qəsəbəsində, 14 nömrəli məktəbin yanında baş tutacaq. "Səyyar qəbul otağı" dekabrın 9-da saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.
Aksiyanın məqsədi təkliflərin və problemlərin yerindəcə aydınlaşdırmasıdır.