Gəncədə avtoxuliqanlıq edən sürücü saxlanılıb. Bu haqda dekabrın 19-u Gencexeber.az Apa-ya istinadən məlumat verir.
Vətən müharibəsi iştirakçısı Qoşqar Həsənov idarə etdiyi “VAZ” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edib.
Həmin şəxs barəsində tərtib olunmuş inzibati protokol baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Q. Hüseynov 1 ay müddətinə inzibati qaydada həbs edilib.