Gəncədə Ulu Öndərin anım günü münasibəti ilə 3 günlük təlimlər başa çatıb. Bu haqda 9 dekabr tarixində Gəncə Gənclər Evi məlumat paylaşıb.
Təlimlərdə Tikiş və Toxuculuq dərnəyinin tələbələri iştirak ediblər. 20 nəfərin qatıldığı dərslərdə Heydər Əliyevin imzası naxış halqası üzərində sapla tikilib.
Qeyd edək ki, dərnək Gəncə Gənclər Evində yerləşir.