Gəncənin park və istirahət guşələrinə güllər əkiləcək. Bu haqda 9 fevral tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Gülçülük sahəsinin işçiləri tərəfindən 10 fevral tarixindən başlayaraq 10 minə yaxın mövsümi güllər və 3 minə yaxın həmişəyaşıl ağacların əkilməsi planlaşdırılır. Daha sonra mərhələli şəkildə digər ərazilərdə də yaşıllıqlar salınacaq.
Əkiləcək gül və ağaclar şəhər yaşıllaşdırma idarəsinin gülçülük sahəsində becərilir. Buranın ərazisi 14 hektar təşkil edir. Ərazidə 8 istixana yerləşir.