Gəncədə ikinci ASAN xidmət bu gündən fəaliyyətə başlayıb. Bu haqda 10 fevral tarixində Report-a istinadən məlumat veririk.
Yeni mərkəz Gəncə və Naftalan şəhərləri, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarında qeydiyyatda olan ümumilikdə 1 milyona yaxın vətəndaşa xidmət göstərəcək.
Xatırladaq ki, 30 yanvar tarixində prezident İlham Əliyev Gəncədə 2 saylı ASAN xidmətin açılışında iştirak etmişdir.