Gəncədə təhsil ocaqlarının birində yarmarka keçiriləcək. Bu haqda 10 may tarixində 10 nömrəli tam orta məktəbə istinadən xəbər veririk.
Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbdə məktəbli yarmarkası baş tutacaq. “Gələcəyin Sahibkarları” adlı yarmarka 12 may tarixində 10:00-da təşkil ediləcək. Burada hər kəs iştirak edə bilər.
Qeyd edək ki, adıçəkilən məktəbdə 2023-2024-cü tədris ilindən etibarən “Sahibkarlıq” dərsləri tədris edilir.