Gəncədə futzal üzrə şəhər çempionatı başa çatıb. Bu haqda 21 dekabr tarixində Azərbaycan Texnologiya Universitetinə istinadən məlumat veririk.
Azərbaycan Texnologiya Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş futzal üzrə yarışlar keçirilib. Burada şəhərin müxtəlif müəssisə və təşkilatlarından ibarət 6 komanda iştirak edib.
Çempionatda I yeri Gəncə İdman Liseyi tutub. II yeri Şəhər Baş Polis İdarəsi komandası, III yeri isə Azərbaycan Texnologiya Universitetinin tələbələri qazanıblar. Qalib komandalar kubok, medal və diplomlarla təltif edilib. “Ən yaxşı qapıçı”, “Ən yaxşı hücumçu” və “Ən yaxşı müdafiəçi” nominasiyaları üzrə mükafatlar verilib.