Gəncədə fiziki məhdudiyyətli uşaqlar üçün şənlik təşkil olunub. Bu haqda 15 dekabr tarixində “Güvən” Xeyriyyə İctimai Birliyinə istinadən məlumat veririk.
“Fərəh” İctimai Birliyinin balaca üzvləri üçün bayram ab-havası yaradılıb. Tədbir “Güvən” Xeyriyyə İctimai Birliyinin, “Eden” restoranı və Bakıda yerləşən “Gardenshop” mağazasının dəstəyi ilə baş tutub.
Günün ilk yarısında uşaqlar nahar ediblər. Daha sonra isə onlar rəsm çəkiblər. Sonda şirniyyat süfrəsi zamanı balacalara hədiyyələr təqdim olunub.