Gəncədə olimpiadada iştirak edəcək şagirdlərlə görüş keçirilib. Bu haqda 16 dekabr tarixində 39 nömrəli tam orta məktəbə istinadən məlumat veririk.
39 nömrəli tam orta məktəbin direktoru Nizami Rzayev 24, 25 dekabr tarixlərində keçiriləcək Respublika Fənn Olimpiadalarında iştirak edəcək şagirdlərlə görüşüb. O, məktəblilərə uğurlar arzu edib, onlara öz tövsiyələrini verib.
Görüşün sonunda şagirdlərə buraxılış vərəqləri paylanılıb və xatirə şəkli çəkdirilib.