Gəncədə daha bir yerdə kommunal işlər aparılır. Bu haqda Gencexeber.az-a 12 iyun tarixində məlumat daxil olub.
Söhbət şəhərin Eminbəyli küçəsinin ikinci dalanından gedir. Adıçəkilən əraziyə yeni su və kanalizasiya xətləri çəkilir.
Küçədə canlı qüvvə və texnika çalışır. Hazırda cığırlar qazılır. Daha sonra həmin yerlərə borular yerləşdiriləcək.