Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncədə təlim keçiriləcək. Bu haqda 20 may tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
"Bizimlə öyrən" adlı silsilə təlim və görüşlər davam edir. Növbəti təlim Gəncə Dövlət Filarmoniyasının direktoru Əməkdar artist Ramil Qasımov tərəfindən aparılacaq. Burada “Milli vokal ənənələri” mövzusunda müzakirələr təşkil ediləcək.
Tədbir 21 may tarixində 15:00-da Gəncə Dövlət Filarmoniyasında olacaq.
Qeyd edək ki, təlim "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə "Mədəniyyətə Könül Ver!" layihəsi çərçivəsində baş tutacaq.