Gəncədə təmirdən sonra elektrik xətti açıqda qalıb. Bu haqda Gencexeber.az-a 17 dekabr tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Firdovsi küçəsində müşahidə olunur. Burada bir müddət öncə təmir işləri aparılıb. Bundan sonra elektrik xəttinin bir hissəsi torpağın üstündə qalıb.
Sakinlərin sözlərinə görə, bu hal üç aydır davam edir. Açıqda qalan xətt avtomobillərin hərəkətində çətinlik yaradır.