Gəncədə planlaşdırılan tədbir təxirə salınıb. Bu haqda 25 may tarixində Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat veririk.
Bu gün, mayın 25-də baş tutası "Ecovelofest" keçirilməyəcək. Buna səbəb şəhər ərazisində hökm sürən küləkli hava şəraitidir. Tədbirin hansı tarixə təxirə salındığı hələlik məlum deyil. Bununla bağlı ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, hava şəraitinə əsasən, şəhərimizdə narıncı xəbərdarlıq edilib. Nizami yurdunda küləyin sürəti 20,8-28,4 m/san-dək güclənəcək.