top
“Dünyaca məşhur markanın siması seçilmişəm” -  Gəncəli Əməkdar artistin qızı
06 noyabr 2024, 13:45
- ↺ +

“Dünyaca məşhur markanın siması seçilmişəm” - Gəncəli Əməkdar artistin qızı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

“Çox insanlar elə düşünürlər ki, biz bloqerlər durduğumuz yerdə foto çəkib, paylaşırıq. Mən izah edirəm ki, hansısa bir markanı çox istədiyim üçün onu səhifəmdə elə-belə reklam etmirəm. Bizim işbirliyimiz olur. Bunun nəticəsi olaraq bəlli bir gəlir əldə edirik. Milyonlarla izləyicisi olan xarici influenserlər bahalı avtomobil alanda yazırlar ki, halaldır, qazanır və alır. Bizdə isə dərhal yazırlar ki, bu haradandır? Necə yəni haradan? İşimiz göz önündədir. Biz gecə-gündüz işləyirik. Demirəm ki, biz daş qaldırırıq və işimiz çox əziyyətlidir. Milyonlarla əziyyət çəkən insanlar var ki, bizim işimiz onların yanında çox asandır. Amma bizim işimizin ən çətin tərəfi hər cür insanlarla üzləşməyimizdir. Yəni həmin insanlar sosial şəbəkə adımızı yazıb bizə ürəyi istəyən sözü yaza bilir. Bizim işimizin də bədəli budur. Amma bu bizim öz seçimimizdir”.

OLAY yazır ki, bu sözləri influenser Aynişan Quliyeva Sura Hüseynin yutub layihəsində deyib.

Aynişan bloqer həyatının çətinliklərindən söz açıb:

“Heç zaman şikayət etməmişəm ki, mənə niyə belə şeylər yazırlar? Mən hansısa bir marka üçün video çəkib paylaşanda demirəm ki, mən bu qədər əziyyət çəkirəm. Bu minnəti başa düşə bilmirəm. Mən özüm üçün işləyib, özüm üçün də pul qazanıram. Əziyyət çəkdiyim üçün izləyiciyə niyə minnət qoymalıyam ki?”.

Quliyeva bildirib ki, blogerlik fəaliyyətinə görə 2016-cı ildən rəsmi şəkildə dövlətə vergi ödəyir:

“Mənim çox gözəl işbirliklərim var. Hamısını da qanun çərçivəsində, rəsmi sənədlərlə edirəm. Vergisini də ödəyirəm. Keçən səfər yazıblar ki, Aynişan yalan danışır, bloqerlərə vergi tətbiq edilmir. Burada yalan bir şey yoxdur. Biz 2016-ci ildən hamımız dövlətə vergi veririk. Bu isə çox yaxşıdır ki, bizim işimiz ciddiləşib və peşəkarlaşıb. Buna isə çox sevinirəm”.

Aynişan dünyaca məşhur bir markanın siması seçildiyini açıqlayıb:

“Mən dünyaca məşhur bir markanın siması seçilmişəm. İllər əvvəl həmin bu marka türk influenseri Fransada defileyə çıxarmışdı. Mən də o zaman özümə dedim ki, mən də istəyirəm bu marka ilə çalışım. Amma təbii ki, heç nə yox idi. O marka mənimlə Rusiyadan əlaqə saxladı və mənimlə işləmək istədiklərini yazdılar. Həmin marka Azərbaycandan ilk işbirliyini mənimlə qurdu. Bu il evdə, dəhlizdə gəzirdim və birdən beynimdən keçdi ki, mən bu markanın simasıyam. 10 dəqiqə keçdikdən sonra mənə mesaj gəldi ki, sizinlə işləmək istəyirik. Mənim bütün həyatım hər zaman belə olub. Qoç bürclərinin enerjisi kosmosdan olur”.

Qeyd edək ki, Aynişan Quliyeva gəncəli Əməkdar artist Aybəniz Haşımovanın qızıdır. Aynişan da Gəncədə doğulub, böyüyüb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Bu gün, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Bu gün, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Bu gün, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Bu gün, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Dünən, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Dünən, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Oxşar xəbərlər