Gəncədə bu həftə iki tamaşa nümayiş olunacaq. Bu haqda 14 may tarixində Dram Teatrına istinadən məlumat veririk.
Gəncə Dövlət Dram Teatrı cari həftə göstəriləcək tamaşaları açıqlayıb. Cədvələ əsasən, tamaşaçılara Hüseyn Cavidin "Ana" və Mirzə Fətəli Axundzadənin "Hekayəti müsyö Jordan və dərviş Məstəli şah" əsərləri təqdim olunacaq.
Tədbirlər müvafiq olaraq, 16 və 17 may tarixlərində saat 19:00-da başlayacaq. Biletləri teatrın kassasından əldə etmək mümkündür.