Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 7 yanvar tarixində məlumat daxil olub.
Hadisə şəhərin Nizami Gəncəvi prospekti ilə Müseyib Bağırov küçəsinin kəsişməsində, “Deluxe” hotelinin qarşısında qeydə alınıb. “Prius” və “Daewoo” markalı iki avtomobil dördyolda toqquşub. Nəticədə ikincinin sərnişinləri olan iki qadın və uşaq yüngül xəsarət alıblar.
Avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.