top
Dərs zamanı canlı yayım açan tələbə cəzalandırılır?
17 noyabr 2024, 14:00
- ↺ +

Dərs zamanı canlı yayım açan tələbə cəzalandırılır?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Sosial şəbəkələrdə bəzi tələbələrin dərs zamanı sosial şəbəkə hesablarında canlı yayım açmaları ilə bağlı görüntülər yayılıb. Bununla bağlı hansısa tədbir görülməlidirmi?

Modern.аz xəbər verir ki, mövzu ilə bağlı danışan elm və təhsil eksperti Kamran Əsədov bildirib ki, universitet mühitinin tələbələrə yalnız elmi biliklər qazandırmaq üçün deyil, həm də onlara etik və davranış qaydalarını aşılamaq məqsədilə yaradıldığı göz önündə saxlanmalıdır:

“Bu mühitdə hər bir tələbənin davranışları yalnız öz fərdi məsuliyyəti olmaqla bitmir, eyni zamanda universitetin nizam-intizamını və təhsil keyfiyyətini də təsir altına alır. Təəssüf ki, bəzi tələbələrin dərs zamanı sosial şəbəkə üzərindən canlı yayım açaraq dərs prosesini pozmaları, tələbə adının daşıdığı məsuliyyəti dərk etmədiklərini göstərir. Bu cür hərəkətlər, universitetlərdə nəzarətin, tələbə davranışları ilə bağlı qaydaların və ümumi idarəetmənin müəyyən problemlərlə üzləşdiyini göstərir”.

Ekspertin sözlərinə görə, bir çox universitetlərdə nizam-intizamın düzgün təmin edilməməsi, tələbələrin dərs mühitinə laqeyd yanaşmasına, həmçinin müəllimlərin dərs zamanı üzləşdikləri çətinliklərə səbəb olur:

“Bu, universitetin tələbələr üzərindəki nəzarət mexanizminin yetərsizliyini üzə çıxarır və tələbələrin özlərini məsuliyyətsiz hərəkətlərdən çəkindirməmələrinə şərait yaradır. Belə hallar isə dərs prosesinin axarını pozur, təhsil keyfiyyətinə mənfi təsir edir və eyni zamanda digər tələbələrin də təhsil mühitindən gözlədikləri sükunəti, ciddiliyi zədələyir”.

K.Əsədov qeyd edib ki, universitetlərin əsas funksiyası yalnız akademik bilik vermək deyil, həm də tələbələrə intizamlı və məsuliyyətli şəxsiyyət formalaşdırmaqdır:

“Təəssüf ki, bəzi universitetlərdə bu amil zəif yerinə yetirilir. Tələbələrin sərbəstlik adı altında davranış qaydalarını pozması və dərsləri laqeydliklə yola verməsi təhsilin idarə olunması baxımından ciddi boşluqların mövcud olduğunu göstərir. Dərs prosesində yaşanan bu cür intizamsızlıqlar həm tələbələrin öz təhsilinə münasibətini, həm də müəllimlərin onlara yönəlik səylərinin nəticəsini əks etdirir”.

Müsahib sonda qeyd edib ki, universitetlərdə bu cür hallar yalnız intizam qaydalarının möhkəmləndirilməsi ilə həll oluna bilər:

“Dərs zamanı tələbələrin sosial şəbəkə üzərindən dərsi yayması, müəllimlərə və digər tələbələrə hörmətsizlik etməsi kimi hallar tələbələrə dəqiq sərhədlər və qaydalar qoyulmadığı zaman daha da genişlənir. Universitet rəhbərliyi, bu cür hallar qarşısında ciddi tədbirlər görməli, tələbələrə dərs prosesinə hörmətin əhəmiyyətini anlatmalı və onların təhsil mühitinə uyğun davranış qaydalarını dərk etməsini təmin etməlidir. Yalnız belə yanaşma ilə universitet mühiti təhsil və intizamlılıq baxımından gücləndirilə bilər”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Bu gün, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Bu gün, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Bu gün, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Dünən, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Dünən, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Oxşar xəbərlər