Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 4 avqust tarixində məlumat daxil olub.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. “Hyundai” markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə maşın lentlə hasara alınmış qazıntı aparılan əraziyə düşüb. Qəza zamanı xəsarət alan olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Maşın texnika vasitəsilə quyudan çıxarılıb.
[modula id="41949"]