Gəncədə növbəti seminar baş tutacaq. Bu haqda 28 sentyabr tarixində nitq təlimçisi Cəlalə Nəzəroğluya istinadən məlumat veririk.
Təlim "Danış, səni tanısınlar!" layihəsinə əsasən təşkil olunacaq. Seminarı Diksiya Akademiyasının direktoru Cəlalə Nəzəroğlu aparacaq. Burada iştirakçılara diksiya, tələffüz və nitq haqda təlim keçiriləcək.
Seminara qatılmaq ödənişsizdir. Qeydiyyat üçün (055) 327 13 33 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.
Təlim 29 sentyabr saat 12:00-da Gəncə Dövlət Universitetində baş tutacaq.
Qeyd edək ki, layihə İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi və Diksiya Akademiyası tərəfindən həyata keçirilir.